Proteinli Kokteyl
Proteinlə zəngin, hazırlanması cəmi 3 dəqiqə çəkən dadlı və fit smoothie. Əzələ inkişafı və bərpası üçün ideal resept.
Hazırlanma3 dəq.
Porsiya1
Kalori280
Protein16g

Tərkib
- 1 ovuc dondurulmuş giləmeyvə (moruq, çiyələk və ya qaragilə)
- 1 xörək qaşığı fıstıq əzməsi
- 2 xörək qaşığı kəsmik
- Yarım ədəd banan
- 1 stəkan süd
- 1 çay qaşığı çia toxumu
İstifadə olunan məhsul

Sadə Fıstıq Əzməsi
16.2 AZN · 1kq
Hazırlanma
- 1
Dondurulmuş giləmeyvələri və bananı blenderin içinə tökün.
- 2
Meyvələrin üzərinə kəsmiyi və fıstıq əzməsini əlavə edin.
- 3
Südü və çia toxumunu da eyni qaba daxil edin.
- 4
Blenderi ən yüksək sürətdə təxminən 1 dəqiqə, tam püre və məxməri tekstura alınana qədər işlədin.
- 5
Hazır olan smutini geniş bir stəkana süzün və soyuq halda nuş edin.


